RUSİYA BAZARLARINDA İRAN TACİRLƏRİNƏ ŞƏRAİT YARADILIR
24.12.2014 801 0.0 0

Qərbin sanksiyaları qarşısında iqtisadi böhran yaşayan Rusiyaya İrandan dəstək gəlib. Rusiyanın düşdüyü vəziyyət həm də İranlı tacirlərə səfr edir. Əsasən kənd təsərrüfatı və dəniz məhsullarını Rusiya bazarına çıxarmaq imkanı qazanan iranlılar bununla həm də bölgədəki strateji mütəffiqlərinə dar ayaqda yardım etmiş olurlar. Maraqlı məqam da budur ki, İran tərəfi bu məsələdə Azərbaycan ərazisindən istifadə etmək istəyir.

ANS TV-nin Tehran bürosunun məlumatına görə, yanvarın 1-dən etibarən İran Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları ixrac edəcək. Süd, balıq, meyvə-tərəvəz kimi məhsullarla yanaşı İrandan Rusiyaya 20 min ton yüksək keyfiyyətli farel ixracı planlaşdırılır.

Qərbin sanksiyaları və milli valyutasının kəskin ucuzlaşması səbəbindən Rusiyanın xüsusən ərzaq məhsulları sarıdan qıtlıq çəkməsi İran üçün bu ölkədə sərfəli bazar açılmasına şərait yaradıb. Ekspertlər düşünür ki, bu vəziyyət Rusiya ilə İran arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün bir zəmin yaradıb.

İqtisadi tədqiqatçı Hani Əhmədipurun sözlərinə görə, Rusiyanın bir ildə təkcə 100 min ton balıq və digər dəniz məhsullarına ehtiyacı var: "İran üçün fürsət yaranıb ki, bu ehtiyacın 60 faizini təmin etsin. Eyni zamanda digər məhsullar meyvə-tərəvəz və müxtəlif ət məhsullarıdır ki, yüksək keyfiyyətlə istehsal olur və Rusiya bazarlarına göndərməyə imkan yaranıb”.

Bu məhsulların Rusiyaya ixracı isə Azərbaycan ərazisindən nəzərdə tutulur. İranın kənd təsərrüfatı nazirinin müavini Əbdülmehdi Bəhşəndeh “Fars” agentliyinə bildirib ki, İran məhsullarını Azərbaycandan Rusiyaya ixrac etmək niyyətindədir.

İranlı tacirlər məhsullarını Azərbaycandan Rusiyaya ixrac etməkdə maraqlıdır. Çünki, Azərbaycandan Rusiyaya ixracatın vergi tarifləri yoxdur və gömrük məsələləri asanlıqla həll olunur.

Məhsulların Rusiyaya Azərbaycan üzərindən aparılması İrana gömrük rüsumlarını 20 faizə qədər azaltmağa imkan verəcək.

“İran və Rusiya arasında yeni razılaşmalar imzalanıb, hətta İranın şimalında limanlar da var. Amma hazırki vəziyyətdə tacirlər maraqlıdırlar ki, Azərbaycandan öz məhsullarını Rusiyaya ixrac etsinlər. Çunki Azərbaycan və Rusiya arasında gömrük tarifləri və maneləri yoxdur və bu alış-verişi, ticarətin surətini artıra bilər” – deyə ticarət palatasının üzvü Əli Bəxtiyari bildirib.

Bu ölkədə hesab edirlər ki, rəsmi Tehran Rusiyaya məhsul satışını çoxaltmaqla həm sanksiyalardan çətin vəziyyətə düşən İran iqtisadiyatının ixrac imkanlarını artırır, həm də Rusiyaya öz siyasi və iqtisadi dəstəyini nümayiş etdirmiş olur. 

Qida məhsulları ilə yanaşı, keçən aylarda İrandan Rusiyaya tikinti materialları, kimyəvi məhsullar, kənd təsərrüfatı avadanlıqları da ixrac olunub.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar