Prokuror şöbədə arvadını güllələyən sabiq polisə ağır cəza istəyib
29.03.2022 132 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror İsmayıl Məmmədovun xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra çıxış üşün söz təqsirləndirlilən şəxsin vəkilinə verilib. Vəkil müdafiə çıxışı üçün vaxt istəyib. Proses aprelin 12-ə kimi təxirə salınıb.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar