Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibədə əldə etdiyi tarixi Qələbə…
13.04.2022 117 0.0 0

Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii  ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil.  Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu  hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.  Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.
Qarabağın tacı olan Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi  ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması  həm də  tam qələbəmizi  müjdələyən  zəfər oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir."

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi.Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər.

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur... Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.

Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınma­sı gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaq­dan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı res­publikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.
Birinci Qarabağ müharibəsi zamanı itirdiyimiz əzəli torpaqlarımızın geri qaytarılması XXI əsrin əsas prioritet məsələlərindən biri idi.

1993-cü il iyunun 15-də xalqımızın tarixində yeni səhifə açdı. Həmin gün xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan dövləti məhv olmaqdan xilas oldu.  Bundan sonra Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz inkişaf mərhələsinə qədəm qoydu.

2003-cü ildə prezident seçkilərində Azərbaycan xalqı yekdilliklə Ulu Öndərin davamçısı İlham Əliyevi prezident seçdi. Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi üçün mühüm addımlar atıldı. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə tam dəstək verildi. Lakin Ermənistanın sülh danışıqlarına əhəmiyyət verməməsi , atəşkəsi tez-tez pozaması müharibənin baş verməsini qaçılmaz etdi.

27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin genişmiyaslı təxribatlarına cavab olaraq Azərbaycanın şanlı ordusunun əks-hücum əməliyyatı həyata keçirməsi ilə Vətən müharibəsi başladı. 44 gün davam edən müharibədə Prezidentin rəhbərliyi ilə ordumuz düşməni məğlub etdi. Prezident eyni zamanda diplomatiya, informasiya sahəsində də Ermənistanı diz çökdürdü.

Döyüş meydanında Azərbaycan Ordusunun tam qələbəsi, tariximizdə şanlı səhifənin yazılması Prezidentin rəhbərliyi ilə həyata keçirilən düzgün siyasətin nəticəsidir. Şuşanın azad olunduğu gün - 8 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin qələbə xəbərini Şəhidlər xiyabanını və Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək xalqımıza çatdırması bir daha sübut etdi ki, qələbənin şəhidlərin qanı bahasına alındığını heç kim unutmayacaq, daim xatirələri əziz tutulacaq.

“Qarabağ Azərbaycandır!” şüarının müəllifi olan Prezident İlham Əliyev bunu təkcə sözdə yox, öz fəaliyyətində də təsdiqlədi. Ermənistan məğlub oldu və kapitulyasiya imzalamağa məcbur oldu. Torpaqlarımız düşmən tapdağından azad edildi. Qələbəni Prezidentin rəhbərliyi ilə Ordumuz, Xalqımız qazandı.
Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır. Həmin siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik torpaq həsrətinə son qoydu.

44 gün davam edən müharibədə Prezident İlham Əliyev həm ali baş komandan kimi ön cəbhədə , həm də siyasi lider olaraq informasiya müharibəsində düşməni məğlub etdi.Prezident İlham Əliyevin BBC xəbər kanalına verdiyi müsahibəsində də əsas diqqəti torpaqlarımızın qətiyyətlə sona qədər mübarizə apararaq geri alınacağını , Gəncə və Bərdə terrorunun qisasının yalnız döyüş meydanında alınacağını vurğulayaraq Azərbaycanın bir daha humanist siyasət yürütdüyünü, regionda sülhə nail olmağa çalışdığını qeyd etmişdir. Siyasi liderin beynəlxalq aləmdə şəxsi nüfuzu və qətiyyətli addımları Ermənistanın baş naziri N.Paşinyanı tam məğlub etdi.Döyüş meydanında Azərbaycan Milli Ordusunun tam qələbəsi, tariximizdə şanlı səhifənin açılması birbaşa rəhbərliyin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir.Şuşanın azad olunduğu gün-8 noyabr 2020-ci il tarixində İlham Əliyevin qələbə xəbərini məhz Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda ulu öndərin qəbrini ziyarət edərək xalqımıza çatdırması bir daha sübut etdi ki, qələbənin şəhidlərin qanı bahasına alındığını heç kim unutmayacaq, daim xatirələri əziz tutulacaq,siyasətdə isə ulu öndərin layiqli davamçısı olaraq, torpaqlarımızın azad edilməsində göstərdiyi şücaəti bir daha sərgilədi. Qarabağ Azərbaycandır şüarının müəllifi olan İlham Əliyev bunu təkcə sözdə yox, öz fəaliyyətində də təsdiqlədi. Ermənistan məğlub oldu və kapitulyasiya imzalamağa məcbur edildi. Torpaqlarımız düşmən tapdağından azad edildi. Qələbəni başda prezident İlham Əliyev olmaqla Qarabağ uğrunda mübarizə aparmaq üçün bir yumruq kimi birləşən Azərbaycan xalqı qazandı. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”.

YAP Xətai Rayon Təşkilatının Üzvü, Xətai Rayon İcra Hakimiyyətinin Könüllüsü, İDEA İctimai Birliyin Üzvü və Könüllüsü Fərid Şərifov


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar