RUHANİ TƏHDİD VƏ EMBARQO DÖVRÜNÜN SONA ÇATDIĞINI BİLDİRİB
13.01.2015 751 0.0 0

İran prezidenti Həsən Ruhani, dünya bazarında neft qiymətlərinin düşməsinə münasibət bildirərkən bu addımı  'sui-qəsd' kimi xarakterizə edib.

Daha sonra Ruhani açıqlamasında bu sui-qəsdi planlayanların peşman olacağını bəyan edib.

İranın rəsmi agentliyi IRNA-nın xəbərinə görə, Şəhid Beheşti stadionunda xalqa xitab edən Ruhani, neft istehsalçısı olan Ərəb ölkələrinin iqtisadiyyatlarının neftə bağlı olduğunu və bu səbəbdən neftin qiymətinin aşağı endirilməsində, İrandan daha çox onların zərər görəcəyini bildirib. Ruhani, Səudiyyə Ərəbistanı iqtisadiyyatının yüzdə 80, Küveytin iqtisadiyyatının isə yüzdə 90 faizinin neftdən asılı olduğunu, bu ilki büdcədə hesablamalarında İran iqtisadiyyatının neft asılılığının isə yüzdə 33 olduğunu bildirərək, qeyd edib ki,
"Neftin qiyməti bu gün, əvvəlki aylara nisbətən yarı yarıya düşsə də bilin ki bəzi ölkələrə qarşı qiymətləri aşağı salmağı planlayanlar peşman olacaq. İran neft qiymətlərinin salınmasında zərər görə bilər ancaq Səudiyyə Ərəbistanı və Küveyt kimi digər istehsalçılar daha çox zərər görəcək. "
Neft qiymətlərin salınmasını "sui-qəsd" olaraq xarakterizə edən Ruhani, "Bu sui-qəsdi da geridə qoyaçağıq deyərək , neft qiymətlərinin enişi uzun müddət davam edə bilməz " deyə bildirib.

Ruhani, İrana tətbiq olunan beynəlxalq və ABŞ-ın tək tərəfli sanksiyalar tətbiq etməsinə toxunub.
Daha sonra əvvəl İrana qarşı embarqolar mövzusunda zalımca addım atanlar bu gün yenidən embarqo cəhdi  edə bilər ancaq mən buradan sonra təhdid və embarqo dövrünün sona çatdığını elan edirəm deyə bəyan edib. "Əgər 5 + 1 və digər müzakirəçilərdən, İran qarşısında məntiqə uyğun və sürətli bir şəkildə yol almazlarsa, özlərinin zərər görəcəklərini bilməlidirlər. " deyə vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar