Prezident İlham Əliyev: Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır
17.10.2016 806 0.0 0

 “Azərbaycanın enerji siyasəti dünya tərəfindən yüksək qiymətləndirilir. Biz beynəlxalq əməkdaşlıq formatı yaradıb genişləndiririk”.

 

Məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, iqtisadiyyatın digər sektorlarının inkişafı ilə bağlı da ciddi addımlar atılır: “Yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətli olacaq”.

 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda idarəçilik sahəsində ciddi islahatlar aparılır: “Xoşagəlməz hallarla ciddi mübarizə gedir. Bu sahədə görülən tədbirlər ciddi nəticələr verir".

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: “Bütün layihələrimiz əməkdaşlığa hesablanıb. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarını təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı mühüm əhəmiyyət daşıyır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar