AVTOMOBİL İSTEHSALINDA ARTIM MÜŞAHİDƏ OLUNUB.
17.08.2014 1365 0.0 0

 Bu ilin yanvar-iyul aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 19,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun mədənçıxarma bölməsində 24,9 milyon ton neft, 10,8 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil olunub. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,6 faizini təşkil edib. Qida, geyim, tütün məmulatları, ağac emalı, tikinti materialları, elektrik avadanlıqları, avtomobil və qoşqular istehsalı artıb. Ümumi məhsulun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.//


Teqlər:AVTOMOBİL İSTEHSALINDA ARTIM MÜŞAHİ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar