PREZİDENT FƏRMAN VERDİ,«HƏRBİ VƏZİFƏ VƏ HƏRBİ XİDMƏT HAQQINDA» QANUNLARDA DƏYİŞİKLİK OLDU
03.02.2015 826 0.0 0

Prezidentin digər fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

 

Prezident Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq ,

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilməsini təsdiqləyib:

Qanunun 2.0.5-ci maddə aşağıdakı redaksiyada verilməsi nəzərdə tutularaq “2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;”

2.0.9-cu maddəsi sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;”.

3. 2.0.11-ci maddədə “ya hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış” sözləri “istefaya buraxılmış (keçirilmiş)” sözləri ilə əvəz edilsin.
 2.0.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.0.12-ci maddə əlavə edilsin:

“2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).”.

 7.1-ci maddədə “Hərbi vəzifəlilər” sözləri “Vətəndaşlar” sözü ilə əvəz edilsin.

15.2.5-ci maddə aşağıdakı redaksiya verilsin:

“15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.”.

20.2-ci maddədə “hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan” sözləri ilə əvəz edilsin.

 23.0.2 və 43.1-ci maddələrdə “hərbi uçotdan çıxarılmaqla” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.

28.1.2-ci maddədə, 28.4-cü maddənin birinci və ikinci cümlələrində, 31.5, 34.2, 36.1.2-ci (birinci halda) maddələrdə, 36.2-ci maddənin “Qeyd” hissəsində, 37.1.3, 38.1.3 və 40.2-ci (hər iki halda) maddələrdə “xüsusi təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 28.6-cı maddə əlavə edilsin:

“28.6. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 36.1.2-ci maddədə “19” rəqəmləri “20” rəqəmləri ilə əvəz edilsin və “hərbi qulluqçular” sözlərindən sonra “və hərbi vəzifəlilər” sözləri əlavə edilsin.
41.0-cı maddə aşağıdakı redaksiyada verilsin:

“41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:”.

41.0.8-ci maddədə “hüququndan məhrum etmə” sözlərindən sonra vergül işarəsi “və ya” sözləri ilə əvəz edilsin və həmin maddədən “və ya ömürlük azadlıqdan məhrumetmə” və “(bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri çıxarılsın.
 42.0.2-ci maddədə “hərbi uçotdan çıxarılmaqla həqiqi” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.

46.1.8-ci maddədə “hərbi uçotdan çıxarılaraq” sözləri çıxarılsın və “qeydiyyata” sözündən əvvəl “xüsusi” sözü əlavə edilsin.

48-ci maddədə “hərbi vəzifəlilər” sözlərindən sonra “hərbi qeydiyyatdan və” sözləri əlavə edilsin.

50.3-cü maddədə “Xüsusi” sözü “Hərbi qulluqçu hazırlayan xüsusi” sözləri ilə əvəz edilsin.

 

 

Fərmanda Azərbaycan Respublikası Konstitusiyasına  əsasən , “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli  Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb.

Həmin Qanunun 28.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, hərbi biletlərin formasını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılıb.


Yeni dəyişikliyə əsasən müəyyən olunur ki,“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci maddəsinin ikinci cümləsində və 28.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

Daha sonra həmin Qanunun 2.0.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçiriləcəyi təsdiqlənib.
Həmin Qanunun 2.0.9-cu maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirilməsi göstərilib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar