Polis Tehranda Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib
07.06.2017 798 0.0 0

Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib.

"Mehr" agentliyinə istinadən xəbər verilir ki, məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.

Xatırladaq ki, Tehranda Xomeyninin məqbərəsinə hücum həyata keçirilib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

İranın daxili işlər naziri Rəhmani Fəzli ölkə parlamenti və məqbərəyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar