Piyadanın ölümü ilə nəticələnən nəqliyyat hadisəsi baş verib
13.07.2015 612 0.0 0

Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib


Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, iyulun 12-də saat 22 radələrində Biləsuvar şəhərində şəhər sakini Elman Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləsuvar sakini Rəşad Ağayevi vurub əks yolda Əlikram Buludovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin qarşısına atmışdır. Hadisədən sonra ağır yara alan R.Ağayev xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmamış və  R.Ağayev orada vəfat etmişdir.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar