Pensiyaçılara kredit verilməsi dayandırıldı
22.04.2016 531 0.0 0


Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib.

Qərar kredit təşkilatlarının aidiyyatı şəxslərinə göndərilib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil.

Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Palatadan rəsmi məlumat əldə etmək mümkün olmayıb.


Maliyyə Bazarlarına Nəzarət Palatası fevralın 3-də yaradılıb. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilərək Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

 
Palatanın Direktorlar Şurasının 5 üzvü olacaq.

Palatanın Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılır:

İşçi qrupunun rəhbəri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı təyin olunub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar