TÜRKİYƏ QARIŞDI,ÖLƏNLƏR VAR
28.12.2014 1097 0.0 0

Türkiyədə yenidən toqquşmalar baş verdi. Amma bu dəfə vəziyyət əvvəlkilərdən daha ciddi oldu. Şirnak vilayətinin Cizrə əyalətində PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında baş verən toqquşmalarda silahlar da işə düşdü. Gələn xəbərlərdən ölənlərin olduğu məlumdur.

ANS TV-nin məlumataın görə, Cizrə əyalətində PKK-çılarla Hür Dava Partiyasının kürd fəalları arasında başlanan mübahisə qısa zamanda kütləvi qarşıdurmaya çevrilib. Hər iki qrupun tərəfdarlarının qarşıdurmaya müdaxilə etməsilə toqquşmalar daha da şiddətlənib.

Silahlı toqquşmada Hür Dava Partiyasının rəhbərlərindən olan 65 yaşlı Abdulla Deniz və PKK əlaqəli digər təşkilatın 19 yaşlı üzvü həlak olub. Yaralanan çox sayda insan ağır vəziyyətdə yaxınlıqdakı 3 xəstəxanaya yerləşdirilib. Vəziyyət yalnız polis əraziyə cəlb edildikdən sonra nəzarətə götürülüb. Şırnak valiliyinin məlumatına görə, yerdə zirehli texnikalar, havada isə helikopterlər əraziyə nəzarət edir.

İki kürd təşkilatı arasında baş verən hadisəyə Türkiyənin baş naziri Əhməd Davudoğlu münasibət bildirib. O, bu hadisələrin bir təxribat nəticəsində baş verdiyini və dövlətin bunun qarşısını almaq üçün əlindən gələni edəcəyini açıqlayıb.

Davudoğlu həmçinin bölgə sakinlərini sakitliyi qorumağa çağırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar