Fransada redaksiyaya silahlı hücum,Oland şokda olduğunu bildirib
07.01.2015 1152 0.0 0
Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum olub.

 

“Le Figaro”-nun  verdiyi məlumata görə, 3 üzü maskalı naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutub. Onların “Kalaşnikov” avtomatları ilə atəş açdıqları bildirilir.

 

Paris rəsmi strukturlarının bildirdiyinə görə, 12 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Bəzi əməkdaşlar binanın damında gizlənə biliblər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutublar, nəticədə 1 polis əməkdaşı yaralanıb.

 

Məsələ ilə əlaqədar Fransa prezidenti Fransu Oland hadisə yerində mətbuat konfransına şokda ilduğunu bildirib.Hadisəd

n sonra Fransa prezidenti təcilli iclas çağırıb.Hazırda ölkədə təhlükəsizlik tədbirləri çox ciddi şəkildə gücləndirilib. 

 

Bildirək  ki, “Charlie Hebdo” jurnalı 2 il öncə Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmişdi.Bu hadisədən sonra dünyanın bir çox ölkəsi Fransakı məlum jurnalın hərəkətləri kəskin qınağ obyektinə çevrilmişdi.

Əlavə olaraq bildirək ki, bu gün baş verən terror aktından qısa müddət öncə "Twitter" səhifəsindən “İŞİD” lideri əl-Bağdadinin karikaturasını yayılmasına da diqqət çəkilib.

 

Hazırda  dünyanın bir çox ölkələri o cümlədən Azərbaycan Respublikasıda rəsmən baş vermiş hadisəni kəskin pislədiklərini bəyan ediblər.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar