Payızda xəstələnmək istəmirsinizsə, belə qidalanın - TÖVSİYƏ
13.09.2016 879 0.0 0

Yay fəsli artıq bitdi. Payızın ilk qədəmlərini qoyduğu bu günlərdə orqanizmi iqlim dəyişikliyinə hazırlamaq lazımdır. Payızda havalar soyuduğu üçün bədən müqaviməti də aşağı düşür. Bu aylarda hava çox tez-tez dəyişdiyindən xəstə olmağımız an məsələsidir. Temperaturunun aşağı düşməsindən qaynaqlanan qrip, soyuqdəymə kimi xəstəliklərə yaxalanmamaq üçün immunitet sistemini gücləndirməyə ehtiyac var. Bəs bunu necə etməli? Bununla bağlı sizə bəzi məsləhətlər təqdim olunur.

 

Payızda necə qidalanmalıyıq?

 

Payızda hava dəyişdiyi üçün insanların əksəriyyəti depressiyaya meylli olur, xəmir xörəklərlə və qeyri-sağlam qidalanmağa başlayırlar. Belə halda depressiyanın qarşısını almaq üçün B vitamin qrupu ilə zəngin qidalar yemək lazımdır. Bu qidalara taxıl məhsulları, ət və süd məhsulları, quru paxla, tərəvəz və meyvələr daxildir.

 

İmmunitet sistemimizi hansı qidalarla gücləndirə bilərik?

 

A vitamini ilə zəngin yumurta, qaraciyər və yaşıl yarpaqlı tərəvəzlər yeməklə işə başlaya bilərsiniz. Qaraciyəri 14 gündən bir yeyin. Cəfəri, quşburnu, limon, çiyələk, qreypfrut, yaşıl nazik bibər, qara kələm, brokoli kimi C vitamini ilə zəngin qidalara üstünlük verin. E vitaminini buğda yağından və yağlı toxumlardan ala bilərsiniz.

Sinki ət, qaraciyər, yumurta, badam, qoz, alma, quru paxla və digər ət məhsullarından, seleniumu böyrək, ürək, dəniz məhsulları, yumurtadan, maqneziumu banan, badam, qoz, fındıq, fıstıq, yaşıl yarpaqlı tərəvəzlər və quru paxlalılardan rahatlıqla əldə etmək olar. Bununla yanaşı maddələr mübadiləsini sürətləndirmək üçün zəncəfilli və yaşıl çay da için.

Sağlam qidalanmaq üçün gündə 3-4 fincan çay və ya qəhvə məsləhət görülür. Bunun 2-3 fincanı mate çayı olarsa, əla olar. Bundan başqa, payızda immuniteti gücləndirmək üçün antioksidant qəbul etmək lazımdır. Antioksidant da A, C. E vitamini və selenium, sink, maqnezium olan qidaların tərkibində olur. Bu yolla xəstəliklərə daha az yaxalanar, ya da xəstələnsəniz belə, tez sağala bilərsiniz.

 

Antioksidantın bol olduğu meyvə-tərəvəzlər 

Əksərən qırmızı və yaşıl rəngli meyvə və tərəvəzlər, məsələn, pomidor, brokoli, yaşıl bibər, qırmızı bibər, alma, limon, portağal, qreypfrut və bütün yaşıl yarpaqlı tərəvəzlər antioksidantla zəngin olur. Həm də gündə 15-20 dəqiqə günəşin altında qalsanız, D vitamini qəbul etmiş olarsınız. Müəyyən aralıqlarla süd, qatıq qəbul etmək lazımdır ki, sümükləriniz güclənsin.

 

Payız detoksu

 

Payız detoksu üçün 3 gün bəs edir. Onsuz da 3-5 günlük payız detoksunu qəbul etdikdən sonra bədən toksinlərdən təmizlənir, yenidən normal qidalara keçdiyinizdə artıq çəkilərdən 1-2 kilo qədər atmış olacaqsınız. Detoks halsızlığa yol açdığı üçün ən çox 5 gün tətbiq edilməlidir. Detoksla yanaşı yarım saatlıq idman da etmək lazımdır. Nizamlı qidalanmaq, idman və yetərincə su qəbulu düzgün olar. Detoksu fərqli qidalardan tərtib edin.

 

Payız detoksu:

Səhər yeməyi: 1 kasa sadə düyü yeməyi və 1 stəkan az yağlı süd

Ara yemək: 1 pors meyvə

Günorta yeməyi: Tərəvəz şorbası; bol miqdarda tərəvəz ( zeytun yağlı, qaynamş və ya buxarda bişirilmiş ), bol limonlu salat və 1 alma

Ara yemək1 pors meyvə

Axşam yeməyi: Tərəvəz şorbası; bol miqdarda tərəvəz ( zeytu nyağlı, qaynamış və ya buxarda bişmiş), bol limonlu salat və 1 alma

Ara: 1 pors meyvə

 

1 pors meyvənin ölçüləri: 1 alma və ya 1 armud, banan, yarım nar, iri üzüm (15 ədəd), çəyirdəksiz üzüm (20 ədəd), 1 kivi, ¼ heyva.

Gündə 2-3 litr su için

İçə biləcəyiniz çaylar: 3 fincan yaşıl çay, mate, ya da zəncəfil çayı

Gün ərzində yeyə biləcəyiniz quru çərəzlər: 6-8 ədəd fındıq, 4 ədəd duzsuz badam, 2 ədəd qoz.

Bədənin vitamin və mineral ehtiyacını qarşılayın

Ehtiyacınız olan protein, karbohidrat, yağ, vitamin və mineralları yalnız kifayət qədər qidalanmaqla ala bilərsiniz.

Proteinlə zəngin qidalar, göyərti yeyin.

Təbii meyvə şirəsi, quşburnu çayı için./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar