BAKIDA KAFEDƏ PARTLAYIŞ OLDU
03.01.2015 814 0.0 0

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan kafelərin birində partlayış olub.


 

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə "Bibimin kafesi" ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində partlayış baş verib.

 

Nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondinsioner və 3 kv.m sahədə əşyalar yanmış, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılmışdır.

 

Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Kafenin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar