Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib
16.11.2021 329 0.0 0

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

Məumata görə, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. “Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar