Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi barədə danışıb
17.02.2022 257 0.0 0

Ermənistan yaxın gələcəkdə Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənədin imzalanmasına ümid edir.

Ermənistan KİV-lərinə istinadən verilən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

O bildirib ki, hazırda həmin dəmir yolunun Ermənistan hissəsinin tikintisi üzrə konkret işlər görülür.

"Texniki işlər artıq başlayıb. Yaxın gələcəkdə Azərbaycanla razılaşmaların əldə olunacağına və prosesin inkişafına ümid edirik", - N.Paşinyan deyib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar