Pakistan XİN rəhbəri: `Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində ortaq mövqedən çıxış etməlidir`
30.11.2017 876 0.0 0

“Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək”. 

 

Məlumata görə, bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda azərbaycanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: “Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək. Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar