Orta məktəblərdə dinlə bağlı biliklər tədris ediləcək
29.08.2016 809 0.0 0

“Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə “Həyat bilgisi” dərsliyi üzərində işləyir. Hesab edirik ki, orta məktəblərdə dinin, şəriətin tədrisindən söhbət gedə bilməz. Ancaq dinlə bağlı biliklərin genişləndirilməsinə ehtiyac var”.
  
Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
 
G. İsmayılov bildirib ki, yaxın vaxtlarda cəmiyyət orta məktəblərin “Həyat bilgisi” dərsliyində dinlə bağlı bilgilərin genişləndirilməsinin şahidi olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar