Oqtay Əsədov: «Azərbaycanda seçkiləri izləyəcək müşahidəçilər üçün lazımi şərait yaradılıb»
22.09.2015 627 0.0 0

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok (müvəqqəti) komitəsinin ön heyəti ilə görüşüb.

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, O. Əsədov Azərbaycanda seçki prosesi, seçki qanunvericiliyi, seçki komissiyalarının tərkibi və digər məsələlərə dair ətraflı məlumat verib.
 
Milli Məclisin sədri Azərbaycanda demokratik, ədalətli, şəffaf seçkilərin keçirilməsi üçün bütün zəruri addımların atıldığını, prosesi izləyəcək müşahidəçilərin hamısına lazımi şəraitin yaradıldığını söyləyib.
 
Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə missiyası üzrə ad hok komitəsinin ön heyətinin rəhbəri Xordi Şukla səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini, Azərbaycanda seçkiqabağı vəziyyətlə yaxından tanış olduqlarını deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar