Ölkədəki «Səhiyyə Təxribatı»na Cəlilabaddakı tibb müəssisələridə qoşulur
08.07.2016 853 0.0 0

Son günlər ölkənin səhiyyə sistemində baş verən hadisələrin geniş müzakirələrə səbəb olması problemlərin aradan qalxması əvəzinə günü gündən gərginləşməklə diqqət çəkir.Sanki səhiyyə sektorunda hansısa gözə görünməz qüvvə cəmiyyəti gərginləşdirməyə və sağlamlığı ilə təhdid edərək təxribata sürükləyir.Belə demək mümkünsə sanki "səhiyyə təxribatı" adı altında bir hərəkat başlayıb.

Bu gün Cəlilabad rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşnalığı əks etirən video görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra  saytımıza Cəlilabad rayon Diaqnostıka Mərkəzidəki xoşa gəlməz hallar barəda məlumat daxil  olub.

 

Bu gün sosial şəbəkələrdə və criminal.az-da yayılan Cəlilabad rayon Xəstəxanasında baş verən narazılıqlarda biri.

 

Qazeta.info xəbər verir ki, verilən məlumat əsasən  Cəlilabad rayon Diaqnostıka Mərkəzinin rəhbərliyinin xəstələrə olan laqeyid  münasibəti haqdadır.

Bizə verilən məlumata görə, hazırda Cəlilabad rayon Diaqnostıka Mərkəzidə 72 ağır xəstə müalicə alır.Lakin xəstələrin bildirdiyinə görə, 2 aydır ki, bu tibb müəssisəsi onlara təyin olmunmuş və hər gün verilməli olan dərmanlar verilmir.

Xatırladaq ki,  xəstələr bizə bildirir ki, böyrək çatışmamazlığı kimi  ağır xəstəlikdən əziyyət çəkirlər.Xəstəlik səbəbi ilə  ürək ağrıları şiddətli olur, tez-tez qan təzyiqi yüksəlir və düşür.Bu səbəbdən də xəstəxana hesabına verilməli olan (riboksin, kartan, dibazol, kafeyin, parsol)

 dərmanar iki aydan artıqdır ki, xəstələr özü almağa məcbur edilir.

Məlumata görə, Mərkəz rəhbərliyi tərəfindən xəstələrə bildirirlər ki, "dərman gəlmir bizlik deyil."

Uzun illər dializ aparatlarına qoşulmağa məcbur olan xəstələr  bildirir ki, artıq dərmanları özləri ala bilmirlər. Hələ bu azmış kimi son günlərdə xəstəxanada adi şpris və tibbi əlcək də də tapılmaz olub.

Bir əlcəklə 10-15 xəstənin damaranı iynə qoşulur.Antisanitariya baş alıb gedir.

 

P.S. Məsələ ilə əlaqədar qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar