Ölən atasına 4 il ərzində mesaj göndərdi və aldığı cavabdan ŞOKA düşdü - FOTO
28.10.2019 750 0.0 0

ABŞ-ın Arkanzas ştatında yaşayan Chastity Patterson adlı qadın dörd il əvvəl həyatını itirənatasının mobil telefonuna hər gün sms yazıb.

23 yaşlı qadın atasının nömrəsindən 4 ildən sonra gözlənilməz cavab alıb.

Chastity Patterson atası öldükdən sonra onunla əlaqəni kəsməmək üçün gündəlik həyatı ilə bağlı mesajları atasının mobil nömrəsinə göndərməyə başlayıb. Hər gün mesaj göndərməkdə davam edən qadın 4 ildən sonra atasının nömrəsindən gözlənilmədən cavab alıb.

Atasının telefon nömrəsini istifadə etməyə başlayan Bred adlı şəxs oxuduğu mesajlara dözməyərək onu cavablandırmağa qərar verir. Bred yazdığı məktubda qızını itirmiş ata olduğunu və məktublardan təsirləndiyini vurğulayıb:

 

"Salam, balam. Mən sənin atan deyiləm, amma dörd ildir mesajlarını oxuyuram. Səhərlər "günaydın” mesajını, axşamlar isə başına gələnlər barədə yazacağını maraqla gözləyirəm. Mənim adım Breddir. Qızımı 2014-ci ilin avqust ayında maşın qəzasında itirmişəm. O vaxtdan bəri sənin mesajların məni həyatda saxlayıb.

Sən mənə mesaj göndərdiyin vaxt, bunu Tanrıdan bir işarə olaraq qəbul etmişdim. Sənə əziz bir insanı itirdiyin üçün çox kədərləndim. Səni illər ərzində dinlədim, böyüməyinə və yeni bir şəxsə çevrilməyinə şahid oldum. Bu illər ərzində sənin mesajlarına cavab vermək istəmişdim, lakin qəlbini qırmaqdan qorxmuşdum. Sən qeyri-adi qadınsan və qızım da həyatda olsaydı, sənin kimi olardı. Mənə hər gün mesaj atdığın və Tanrının varlığını xatırlatdığın üçün təşəkkür edirəm. Her şey yaxşı olacaq. Çətin günlər yaşamaq məcburiyyətində qaldığın üçün kədərliyəm. Səninlə qürur duyuram.”

Chastity Patterson bu mesajı oxuduqdan sonra onu sosial şəbəkə paylaşıb və "Düşünürəm ki, artıq atamın dincəlməsinə icazə verə bilərəm”,-deyə qeyd edib./xezerxeber.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar