Ohanyan: Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir
06.05.2016 1007 0.0 0

Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir.

 

Məlumata görə, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

 

Qəzet bildirir ki, bu yaxınlarda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın deputatlarla qapalı görüşü zamanı ona niyə təkcə Rusiyadan silah alınması ilə bağlı sual ünvanlanıb.

 

S. Ohanyan isə dolayı şəkildə nəzərə çatdırıb ki, Rusiya Ermənistanın başqa ölkələrdən silah almasına icazə vermir. O həmçinin qeyd edib ki, indiyə kimi Ermənistan silahı Rusiyadan alıb və belə davam etmək fikrindədir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar