Obamanın Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə yeni köməkçisi təyin olunub.
07.03.2015 689 0.0 0

ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi üzrə yeni köməkçisi vəzifəsinə Robert Malli təyin olunub.

 

RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays bildirib.

 

Hazırda Ağ Evin Milli Təhlükəsizlik Şurasında İran, İraq, Suriya və Fars körfəzi ölkələri üzrə baş direktor vəzifəsində çalışan Robert Malli aprelin 6-dan etibarən postunu tutacaq. O, istefaya gedən Filip Qordonu əvəzləyəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar