Nüvə razılaşması sayəsində İran yeni təyyarələr ala biləcək (VİDEO)
16.07.2015 592 0.0 0

“Altılıq” ölkələrilə nüvə razılaşmasının əldə olunması sayəsində İran yeni təyyarələr ala biləcək. 

ANS TV-nin məlumatına görə, bunu, nüvə müzakirələrinin nəticəsinə münasibətini açıqlayan İran prezidenti Həsən Ruhani deyib:

“Bu müzakirələr nüvə sanksiyalarından da çox nailiyyətlər əldə etdi. Yalnız nüvə sanksiyalarının ləğv olunması qərara alınmışdı. Lakin İranın müzakirə komandası nüvə sanksiyalarına aid olmayan təyyarə sektorunun sanksiyasını da aradan qaldıra bildi”.

Ruhani onu da söyləyib ki, püstə kimi ərzaq maddələri və xalçanın ABŞ və ABŞ şirkətlərilə əlaqədə olan şirkətlərə satış üzrə sanksiyalar da ləğv edilib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar