Nuşirəvan Məhərrəmli: `Bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur`
06.10.2017 553 0.0 0

“Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur. Telekanallar bu məsələyə diqqət etməlidir, nöqsanları aradan qaldırmalıdır”.

Məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, xarici dillərdən Azərbaycan dilinə xeyli sözlər keçib: “Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xarici sözlərdən istifadə edirlər. Bu, düzgün deyil və əks effekt verir. Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunu düzgün işlətməməsi ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz düzgün anlaşılmır”.

N.Məhərrəmli qeyd edib ki, mətnlərin oxunması ilə bağlı da problemlər mövcuddur: “Bəzən mətnlər sürətlə oxunur”.

MTRŞ sədri vurğulayıb ki, telekanallardakı Bədii şuraların fəaliyyəti hiss olunmur: "Onlar ciddi şəkildə çalışmalıdırlar".

N.Məhərrəmli filmlərin dublyaj olunmasında da bəzi problemlərin mövcud olduğunu qeyd edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar