Novruz Məmmədov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi yanaşmırlar
12.12.2015 697 0.0 0

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar.

Qazeta.info bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

N.Məmmədov qeyd edib ki, ümumiyyətlə, həmsədrlər bu münaqişənin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar: "Onlar bu məsələdə beynəlxalq hüququ qəbul ediləcək formada istifadə də etmirlər. Bu isə həmsədr dövlətlərin, ümumiyyətlə, bu münaqişənin həllinə tam ciddi, ədalətlə yanaşmadıqlarını göstərir".

O bildirib ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçı rəhbərlərinin ABŞ-a girişinə icazə, viza verilməsi, onların iştirakı ilə tədbirlər keçirilməsi düzgün deyil: "Beynəlxalq hüquq var, ya yoxdur? Təhlükəsizlik Şurasının qətnamələri var, ya yoxdur? Dünyada gedən proseslərin xarakterini, mahiyyətini, istiqamətini bilirik. Bu nöqteyi-nəzərdən bizim bu günə qədər keçdiyimiz yol çox uğurlu yoldur. Təkcə sabitliyimizi, təhlükəsizliyimizi, davamlı inkişafımızı təmin etmirik, eyni zamanda bu münaqişənin həlli ilə bağlı çox böyük potensialımız var. Ermənistan tərəfi isə daim uduza-uduza gedir. Onun söykəndiyi divarlar da davam gətirməyəcək - hara söykənir, söykənsin".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar