Növbəti Xəzərsahili ölkədən Bəşər Əsədə dəstək
29.11.2015 726 0.0 0

İran Suriyaya və ölkə rəhbəri Bəşər Əsədə dəstəyini bildirib.

Məlumata görə, bu haqda İranın ali dini lideri Əli Xameneinin baş məsləhətçisi Vəlayəti Əkbər Suriyanın paytaxtı Dəməşqdə səfərdə olarkən danışıb.

"Suriya-İran münasibətləri möhkəm qardaşlıq münasibətləridir. Xüsusilə, Suriya xalqının və onun rəhbərliyinin yaşadığı bu həssas dövrdə. Əvvəlki vaxtlarda olduğu kimi indi də dost dövlətin və onun prezidenti Bəşər Əsədin tərəfində durmaq, Qərbin və regionun bir sıra dövlətlərinin ona qarşı elan etdiyi dünya müharibəsində onu dəstəkləmək İranın borcudur", - deyə İran rəsmisi bildirib.

Vilayəti Əkbər belə bir şəraitdə öz səfərini təbii adlandırıb və həmrəyliyin nümayiş etdirilməsi üçün əhəmiyyətli olduğunu qeyd edib.

 


Vilayəti Əkbər


İran rəsmisinin Suriyaya bu səfəri heç də təəccüblü və gözlənilməz deyil. Bir sıra məsələlərdə Rusiya ilə həmfikir olan İranın Suriya münaqişəsinə münasibətində də Rusiya ilə yaxınlıq var. Bunu İran rəsmisinin bəyanatında da görmək mümkündür.

Eyni zamanda Rusiya prezidenti Vladimir Putinin noyabrın 23-də İrana başlayan səfəri zamanı bir sıra məsələlərlə yanaşı Suriyadakı vəziyyət də müzakirə edilib. 

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinlə Xomeneinin görüşünü şərh edərkən bildirib ki, müzakirələrin böyük hissəsi regionda böhranlı vəziyyətin müşahidə olunduğu məsələlərə həsr edilib. 

"Xüsusilə birinci növbədə Suriyadakı vəziyyət müzakirə edilib. Bu zaman çox dəqiq fikir mübadiləsi olub, Moskva və Tehranın bu münaqişədəki həmfikir mövqeyi diqqətə çatdırılıb və qeyd edilib ki, Suryadakı vəziyyətin siyasi həllində xarici qüvvələrin müdaxiləsinə yol vermək olmaz", - deyə Peskov bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar