NÖVBƏTİ TERROR HADİSƏSİ VATİKANDA OLA BİLƏR
12.01.2015 763 0.0 0
“ABŞ və İsrail kəşfiyyatı “İslam dövləti” qruplaşmasının dörd döyüşçüsünün turist adı altında Avropaya getməsi barədə məlumatlara malikdir”.

 

Novoye Vremya”ya istinadən verilən məlumata görə, bu barədə İtaliyanın “İl Gorniale” qəzeti yazıb.

 

Qəzetin yazdığına görə, döyüşçülərin planı Vatikana zərbə vurmaqdır və bu barədə Roma Papasına da xəbərdarlıq olunub.

 

İtaliya kəşfiyyatı MOSSAD və MKİ-dən ehtimal olunan ssenarilər barədə məlumatlar alıb, lakin bununla belə, konkret təhdidlərin nədən ibarət olduğu bildirilmir.

 

İtaliyanın daxili işlər naziri Ajelino Alfano bəyan edib ki, İtaliyada terror aktlarının törədilməsi üçün praktik əlamətlər yoxdur, lakin ölkə risk zonasındadır.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar