Nikolay Bordyuja: «Ermənistana təhlükə olacağı təqdirdə KTMT bütün hüquqlarından istifadə edəcək»
18.06.2015 674 0.0 0

“Ermənistana təhlükə olacağı təqdirdə KTMT bütün hüquqlarından istifadə edəcək”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə edə bilməz”.
 
Məlumata görə, bunu KTMT baş katibi Nikolay Bordyuja keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün beynəlxalq mexanizm mövcuddur: “Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səlahiyyəti ATƏT-in Minsk Qrupuna verib. Digər beynəlxalq təşkilatlar bu prosesə müdaxilə etməməlidirlər. Münaqişənin sülh yolu ilə nizamlanması ilə məhz ATƏT-in Minsk Qrupu məşğul olur. KTMT olaraq biz onların fəaliyyətini dəstəkləyirik. Buna görə də, KTMT bu münaqişənin həlli prosesinə müdaxilə edə bilməz”.

N. Bordyuja Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olduğunu xatırladıb: “Ermənistan ərazisində təhlükə olacağı təqdirdə, KTMT bütün hüquqlarından istifadə edəcək”.

N. Bordyuja MDB məkanında mövcud olan münaqişələrin hərbi yolla həllinin mövcud olmadığını da vurğulayıb: “Nə Qarabağ, nə də Dnestryanı münaqişənin hərbi yolla həll yolu mövcud deyil. Regionda müharibə başlasa, uzun müddət davam edəcək, çoxlu qan töküləcək. Bunu Rusiya yaxın qonşusu olan Ukraynanın simasında gördü”.    /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar