Nigeriyada terror təşkilatının lideri və 62 silahlı zərərsizləşdirilib
01.05.2022 334 0.0 0

Nigeriyanın şimal-şərqində “Boko Haram” və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 63 silahlı, o cümlədən qruplaşma lideri zərərsizləşdirilib.

“Anadolu”ya istinadən verilən xəbərə görə, bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general Benar Onyuko məlumat verib.

Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında ISWAP-ın liderlərindən biri Abubakar Dan-Buduma da var.

Bundan başqa, terror təşkilatının 79 üzvü, xeyli miqdarda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, “Boko Haram” qruplaşması 2015-ci ildən Kamerun, Çad və Nigerə hücumlar təşkil edir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar