Neftin qiyməti 50 dollar olacaq
21.01.2016 679 0.0 0

“İlin sonlarında neftin qiyməti 50 dollara qalxacaq”. 

Məlumata görə, bu proqnozu BP-nin Baş İcraçı direktoru Robert Dadli deyib. O bildirib ki, bu ilin ortalarında 30-40 dollara qalxan neftin qiyməti ilin sonlarına doğru 50 dollar olacaq.

Hal-hazırda neftin qiymətinin ucuzlaşmasında ABŞ və Çinin böyük təsiri olduğunu vurğulayan direktor aprel və mart aylarında neftə olan tələbatın artacağını, bunun da ilin ikinci yarısında neftin qiymətinə öz müsbət təsirini göstərəcəyini bildirib.

 


BP-nin Baş İcraçı direktoru Robert Dadli

 

Ötən ilin sonu neftin qiyməti haqqında ürəkaçan proqnozlardan birini Rusiyanın energetika naziri Aleksandr Novak verib.

 


Rusiyanın Energetika naziri Aleksandr Novak

 

Onun sözlərinə görə, gələn il “qara qızıl”ın qiymətində kəskin ucuzlaşma gözlənilmir. Baxmayaraq ki, hal-hazırda neftin qiyməti 27 dollara qədər enib o, bir barel neftin 20-25 dollara satılmasının qeyri-mümkün olduğunu bildirib. 

O həmçinin bazarda tələb-təklifin nəzərdən keçirilməsini və neft hasilatının maya dəyərini nəzərə almaqla bir barel neftin 50 dollara satılmasının ədalətli olacağını deyib. 

Hazırda bazarlarda “Brent” markalı neftin qiyməti 27.81 dollara qədər enib.

“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam edib və birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 28.19 dollar olub.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 1.09 dollar daha ucuzlaşaraq 28.92 dollar təşkil edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar