Nazirlik müəllimlərin kütləvi şəkildə işdən çıxarılması barədə məlumatlara münasibət bildirib
06.12.2016 953 0.0 0

“Azərbaycanda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması halları mövcud deyil”.

 

Məlumata görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini bildirib ki, yeni tədris ilinin əvvəlində Tovuz rayonunda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı yayılan məlumat nazirlik tərəfindən  araşdırılıb.

 

Onun sözlərinə görə, bu məsələ bəzi hallarda sinif komplektlərinin müəyyən standartlara uyğun olmamasına görə ortaya çıxıb: “Sinif komplektlərinin, hər bir sinfin açılması üçün müəyyən standartlar var. Sinfin formalaşdırılması üçün 20 şagird olmalıdır. 20 nəfərdən az şagird kontingenti yeni sinfin açılmasına imkan verilmir. Bundan əlavə, sinfin bölünməsi üçün müəyyən standartlar var. Belə ki, 30 nəfərdən yuxarı şagird sayı olmalıdır ki, həmin sinif iki yerə bölünsün. Bəzi hallarda hansısa sinif komplektlərinin formalaşmasında dəqiqləşdirmələr aparılmayıb. Bu məsələ hansısa müəllimin dərs yükü normasına təsir edə bilər. Lakin müəllimlərin heç bir ixtisarından söhbət gedə bilməz”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar