Nazir: Xarici işlər nazirlərinin görüşü əməkdaşlıq üçün faydalı platformadır
19.02.2016 565 0.0 0

“Xarici İşlər nazirlərinin üçtərəfli görüşü əməkdaşlıq üçün faydalı platformadır”.
 
Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə keçirilən üçtərəfli görüşündə deyib. O bildirib ki, əməkdaşlığın siyasi, iqtisadi və digər sahələrdə uğurlu nəticələri mövcuddur. Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi artıq ölkələr arasındakı inkişafın bir elementinə çevrilib.
 
E. Məmmədyarov Türkiyədə baş vermiş terrora da toxunub: “Biz terrorizmin bütün formalarını qınayırıq. Ankaradakı dəhşətli terror aktı hamımızı narahat edir"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar