Nazir şimal bölgəsində vətəndaşları qəbul edəcək, DİN-də işləmək istəyənlərin müraciətinə baxacaq
24.06.2015 554 0.0 0

2015-ci il iyul ayının 11-də, saat 10:00-da, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini Quba rayon Polis Şöbəsində qəbul edəcəkdir. 

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcəkdir. Sıra baxışında, yalnız yuxarıda göstərilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəlllər məhkum edilməmiş, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə elan olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki gərginlik, həyəcan və həssaslıqla bağlı olmasının, eləcə də xidmətin növbəli, bir çox hallarda gücləndirilmiş iş variantlarında post-patrul nizami hissələrində aparılacağının nəzərə alınması xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar