Nazir işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün mexanizm və planının yaradılmasını təklif edib
27.09.2015 911 0.0 0

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin son açıqlamasını şərh edib

 “İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin”.
 
Məlumata görə, Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını “AZƏRTAC”a şərh edərkən bildirib.
 
Nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir.
 
“Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur”, - deyə E. Məmmədyarov qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar