Naxçıvanda yeni dövlət qurumu yaradılıb
15.02.2018 791 0.0 0

Naxçıvan Muxtar Respublikasında Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

Məlumata görə, bu barədə NMR Ali Məclisinin sədri Vasif Talıbovfərman imzalayıb.

Qərar muxtar respublikanın avtomobil yolları sahəsində idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaq məqsədilə qəbul olunub.

Sənəddə bildirilir ki, “Naxavtoyol” Dövlət Şirkətinin əsasında NMR Avtomobil Yolları Dövlət Agentliyi yaradılsın, həmçinin “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin və Naxçıvanın Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar