NATO Rusiya sərhədlərinə qoşun yığmağa başlayır
30.04.2016 860 0.0 0


NATO Rusiya sərhədlərinə 4000 hərbçi yerləşdirir. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, planlaşdırılan kontigentin iki batalyonu ABŞ-nın, biri Böyük Britaniyanın, biri isə Almaniya hərbçilərindən ibarət olacaq.
 
Qüvvələr əsasən Polşa və Baltikyanı ölkələrdə yerləşdiriləcək. ABŞ-nın müdafiə nazirinin müavini Robert Uork bildirib ki, bu addım alyansın şərq sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə atılıb.
 
"Rusiya son zamanlar həmin istiqamətlərdə hərbi təlimlərini genişləndirib. Biz bunu NATO üçün təhlükə hesab edirik", - deyə o qeyd edib.
 
Xatırladaq ki, NATO ölkələrinin xarici işlər nazirləri Şərqi Avropada ölkələrində əlavə hərbi kontingent yerləşdirilməsi barədə hələ fevral ayında yekdil fikir bildirsələr də konkret rəqəm açıqlamamışdılar. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar