NATO ilə Rusiya arasında birbaşa qarşıdurma üçüncü Dünya müharibəsi deməkdir - Bayden
12.03.2022 320 0.0 0

NATO ilə Rusiya arasında birbaşa qarşıdurma üçüncü Dünya müharibəsi deməkdir.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə Ukraynadakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.

"NATO ilə Rusiya arasında birbaşa qarşıdurma üçüncü Dünya müharibəsi deməkdir və biz bunun qarşısını almağa çalışmalıyıq.

 

 

Lakin biz Avropadakı müttəfiqlərimizlə çiyin-çiyinə durmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik: NATO ərazisinin hər qarışını tam gücümüzlə - birləşərək və yeni NATO enerjisini nümayiş etdirərək müdafiə edəcəyik", - deyə C.Bayden bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar