NATO BAŞ KATİBİ FÖVQALADƏ İCLAS KEÇİRDİ- PUTİNƏ CAVAB VERİLDİ
27.01.2015 733 0.0 0

 

NATO-nun baş katibi Jens Stoltenberq, Rusiyanın Ukraynadakı separatçılara dəstək, təlim, avadanlıq və əsgər təmin etməyə davam etdiyini açıqlayıb.

Ukraynanın şərqində qarşıdurmaların şiddətlənməsi və separatçıların Rusiya sərhədinə 60 kilometr məsafədəki liman şəhəri Mariupola hücum etməsi üzərinə Kiyev rəhbərliyinin tələbiylə NATO-Ukrayna Komissiyası səfirlər səviyyəsində fövqəladə toplandı keçirib. Stoltenberq, yığıncağdan sonra mətbuata verdiyi açıqlamada, "Rusiyanın  dəstəklədiyi separatçılar  tərəfindən Ukraynanın şərqində atışmanın  sərhədd boyunca şiddətlənməsini qınayırıq " deyə söyləyib. Separatçıların nəzarətində olan bölgədən dünən Mariupola istiqamətli hücumlar səbəbiylə 30 vətəndaşın öldüyünü və 100-ə qədərinin yaralandığını ifadə edən Stoltenberg, "Bu cür savaş qaydaları  gözləməyən hücumlar qeyri normaldır  və qəbul edilə bilməz. Separatçıların hücum hərəkətləri və provokatif açıqlamaları Minsk anlaşmalarıyla birbaşa ziddiyyət təşkil edir" deyə bildirib.

 Stoltenberq, Rusiyanın "Ukraynada sülhə nail olunması ilə birbaşa  bağlı olduğunu dəfələrlə açıqlamasına baxmayaraq separatçılara dəstək və təlim verməyə və avadanlıq və əsgər təmin etməyə davam etdiyini" bildirib. NATO-nun baş katibi Stoltenberq, "Son həftələrdə Rusiya raket sistemləri, ağır toplar, tanklar, zirehli vasitələr və elektronik döyüş sistemləri daxil , yüzlərlə inkişaf etmiş silah sursat avadanlıqı ilə  təmin etdi. Rusiyaya separatçıları dəstəkləməyi dərhal sonlandırması, Ukraynanı stabilliyi pozmağa yönəlik hərəkətlərə son verməsi və beynəlxalq öhdəliklərinə hörmət göstərməsi çağırışı edirik " deyə açıqlama verib.

Daha sonar, Stoltenberq  NATO-nun Ukraynanın müstəqilliyini, suverenliyini və beynəlxalq səviyyədə qəbul olunmuş  sərhədləri içində ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyini deyib. Rusiya Dövlət Başçısı Vladimir Putinin Ukrayna ordusunu "NATO legionu" olaraq  bəyan edən açıqlamsaına  da cavab verən Jens Stoltenberq, "Ukrayna ordusunun NATO legion olduğu haqda  ə  şərhi mənasız adlandırıb. Ukraynadakı xarici güclər Rus ordusudur. Problem Rusiyanın separatçılara hərbi avadanlıq dəstəyi və rus əsgərlərinin Ukraynada olmasıdır "deə bildirib. Bundan başqa NATO-nun baş katibi Stoltenberg, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların həyata keçirilməsini dəstəkləyərək, Moskva rəhbərliyinin beynəlxalq hüququ pozmasının  bir  ağır nəticəsi  olduğunu dəqiq şəkildə anlaması üçün iqtisadi sankisiyanın zəruri olduğunu bəyan edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar