NASA kosmosda törədilən ilk cinayət barədə xəbər verdi
25.08.2019 308 0.0 0

Beynəlxalq Kosmik Stansiyada olarkən astronavt Enn MakKleyn özünü eyni cinsdən olan həyat yoldaşının bank hesabına giriş əldə edib.

“The New York Times” yazır ki, NASA bunu kosmosda törədilən ilk cinayət kimi qeydə alıb.

Qadın astronavtın sabiq arvadı Sammer Uorden Federal ticarət komissiyasına şikayət edib.

NakKleyn bu informasiyanı vəkili vasitəsi ilə təsdiqləsə də, pis bir iş gördüyünü düşünmür. Onun sözlərinə görə, sadəcə, keçmiş arvadının maddi durumdan xəbərdar olmaq və onun uşağa qulluq etmək üçün pulunun olub-olmadığını bilmək istəyib.

2018-ci ildə boşananadək qadınlar bir yerdə uşaq tərbiyə ediblər.

BKS qaydalarına görə, kosmosda yerli qanunvericilik qüvvədədir. Astronavtın suçu sbuta yetirilərsə, o, ABŞ qaydaları ilə ittiham olunacaq./bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar