Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?
04.09.2016 1468 0.0 0

Əvvəla, bu, vacib hökm deyil, müstəhəb (bəyənilən) tövsiyədir. İnsan bədənində sağ tərəf sol tərəfdən daha üstün sayılır. Ümumiyyətlə, sağ tərəf ağıl və məntiqi, haqqı, sol tərəf isə hissiyyatı, batili simvolizə edir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ona görə yeməni sağ əllə yeyir, üzüyü sağ əlimizin barmağına taxır, sağ böyrümüz üstə yatırıq, ayaqyolunda özümüzü sol əllə yuyuruq, namazın oturuşunda sol ayağımızı sağ ayamızın altına qoyuruq. Ayaqyoluna girərkən əvvəlcə sol ayağı atmaq, çıxarkən sağ ayaqla çıxmaq müstəhəbdir. Əksinə, məscidə girərkən əvvəlcə sağ ayağı, çixanda isə sol ayağı qoymaq yaxşıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar