Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak etmişəm - Şahid danışır
30.03.2022 300 0.0 0

Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov bildirib ki, hadisə baş verən gün Tovuz Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı kimi xidmətdə olub.
"Həmin vaxt Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak etmişəm. Meyitin yanması ilə bağlı məlumat daxil olan kimi rayonun polis rəisinə zəng etdim.
Yanan meyiti İlkin, onun qonşusu Nazim Vəliyev və mən su və torpaqla söndürdük. Nazim də hadisənin görüntülərini lentə aldı. Onu da deyim ki, yanğın baş verən vaxt rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova zəng etdim. Rəis isə məndən hadisə yerində qırmızı rəngli uşaq kurtkasının olub-olmadığını soruşdu. Ətrafa baxış keçirən zaman həmin kurtkanı yanmış cəsədin yanında gördüm", - şahid bildirib.

Prokurorun "Hadisəni videolentə almaqda məqsədiniz nə idi” sualına isə şahid "Gələcəkdə istintaqa lazım ola bilərdi”, - deyə cavab verib.

Şahid, həmçinin Nərmin itkin olduğu müddətdə axtarış işlərinin yalnız onun nənəsi ilə əmisinin evlərində və əkin sahələrində aparıldığını qeyd edib. Sabiq polisin sözlərinə görə, polis tərəfindən heç bir kənd sakininin evinə baxış keçirilməyib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar