Mütəllibovun Elçibəy haqda dedikləri siyasi qalmaqla səbəb oldu
10.12.2015 722 0.0 0

 

Qazeta.info bildirir ki, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun Moderin.az saytına verdiyi müsahibə qalmaqala səbəb olub. 

Belə ki, jurnalistin  "Sizdən sonra Əbülfəz Elçibəy prezident oldu, daha sonra isə Heydər Əliyev. Məncə hər ikisinin Azərbaycan tarixində ayrıca yeri var. Maraqlıdır, ilk prezident kimi bu iki şəxsi necə müqayisə edərdiniz?" sualına cavab olaraq A.Mütəllibov : " Elçibəyi Heydər Əliyevlə müqayisə etmək düzgün deyil. Onlar arasında yerlə göy qədər fərq var. Heydər Əliyev dahi idi, böyük siyasi təcrübəyə malik idi. Elçibəy isə primitiv millətçi idi. Elçibəy deyirdi ki, Kəlbəcəri vermək lazımdır, təki  Ermənistanda demokratiya inkişaf etsin. Onun arxivlərdə bununla bağlı müraciətləri var." deyə cavab verib. Bu isə sosial şəbəkələrdə və mətbuatda geniş müzakirəyə səbəb olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar