Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq
24.04.2016 599 0.0 0

"Münaqişənin sülh yolu ilə yeganə həlli işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır"
Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə cavab verib.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə,  S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.
 
Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə  yeganə həlli işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır: "Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq". /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar