Müdafiə nazirinin müavini azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan HHQ bölmələrində olub
29.12.2021 307 0.0 0

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan HHQ bölmələrində olub.
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, 
 General-leytenant R.Tahirov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayramlar münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.  
Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb, onlara qiymətli hədiyyə və bayram sovqatları təqdim edilib.
Nazir müavini çay süfrəsi arxasında şəxsi heyətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qələbəmizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və 2021-ci ildə əldə olunan uğurlardan danışıb.
Sonra komandan şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub və görüləcək işlərlə bağlı müvafiq göstərişlər verib.
Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar