CƏLİLABADDA 2 BAŞLI 7 AYAQLI HEYVAN (FOTOLAR)
13.01.2015 994 0.0 0

Hadisə mütəxəssisləri də təəccübləndirib 
 

Azərbaycanın Cəlilabad rayonunda anomal hadisə baş verib.


 

Hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini Zahir Şahbazova məxsus fərdi təsərrüfatdakı inəklərdən biri 2 başı, 7 ayağı və 2 quyruğu olan buzov doğub. Buzovun həmçinin 3 bədənli olması, eləcə də cinsiyyətinin yoxluğu diqqət çəkən məqamlardan olub. Buzov doğulandan cəmi  bir neçə dəqiqə sonra ölüb.

 

Anomal hadisə təkcə inəyin sahibi Zahir Şahbazovu deyil, eləcə də mütəxəssisləri heyrətləndirib. Onlar belə bir hadisə ilə ilk dəfə rastlaşdıqlarını bildiriblər.

 

Təsərrüfat sahibi Zahir Şahbazovun dediyinə görə, inək bundan əvvəl 3 bala verib və  onların hamısı sağlam doğulub. Mütəxəssislər isə dölün  belə anormal inkişaf etməsini heyvanların öz törəmələrindən olan əks cinslə  cütləşməsi ilə əlaqələndiriblər.//APA

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar