Müdafiə Naziri cəbhə bölgəsində yeni dağ hazırlığı təlim mərkəzinin açılışında
11.09.2015 636 0.0 0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib. 
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, mərkəzin infrastrukturu ilə tanış olan Müdafiə naziri ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.
Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcəkdir.

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar