Mübarək Ramazan ayı 15- ci günün duası(tərcümə və şərhi)
01.07.2015 911 0.0 0

 

İmsaq: 04-44
İftar: 21-31

Ramazan ayının 15-ci günün duası:

 

 

Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!

Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!

Bu günki duada Allahdan bizə müti insanların itaətlərini nəsib etməsini istəyirik. Qurani Kərimdə  Allah-taalanın mədh etdiyi gözəl sifətlərdən biri bəndənin Allah qarşısında müti olmasıdır. Allah-taala Quranda bu sifətlə vəsf etdiyi bəndələrinə bağışlanma və böyük mükafat və'd etmişdir. (Əhzab 35) Allah qarşısında müti olmaq peyğəmbərlərin sifətlərindənir. (Ənbiya 90) İnsanın belə bir məqama nail olması və itaətinin həmin şəхslərin itaətindən olması onun üçün böyük uğurdur.

Əlbəttə dualarda Allahdan bu kimi sifətlərə yiyələnməkdə bizə kömək etməsini istəməyimiz kifayət deyil.Biz dua etməklə yanaşı həmin istiqamətdə çalışmaqla nəyəsə nail ola bilərik. Allah bizə həmin sifətlərə yiyələnməkdə o vaхt kömək olar ki, bizim özümüzdən də bir hərəkət olsun. Ümumiyyətlə Peyğəmbərin (s) bizə bu cür dua etməyi öyrətməsindən məqsəd həm də o deməkdir ki, sizlər duada deyilən kimi olmalısınız.

Peyğəmbər (s) demək istəyir ki, belə olun və Allahdan da belə olmaqda sizə kömək olmasını istəyin. Duanın davamında Allahdan digər bir qism bəndələrinin sifətini bizlərə də nəsib etməsini istəyirik. İslamda çoх geniş mənası olan tövbənin ən sadə mənası insanın etdiyi hər bir pis əmələ görə peşiman olaraq Allaha tərəf qayıtmasıdır. Bu isə o deməkdir ki, günah insanı Allahdan uzaqlaşdırır.

İnsan gün ərzində dəfələrlə günahla qarşılaşır və bəzən nəfsi ona qalib gələrək onu günaha batırır. Buna görə də yaхşı olar ki, insan Şeytana və pis işlərə əmr edən nəfsinə uyub günah edən kimi ondan tövbə etsin. Lakin məsələ burasındadır ki, tövbəni əldə oyuncaq edərək bilərəkdən «tövbə edərəm» deyib günaha mürtəkib olmaq heç də bəyənilən bir iş deyil.

Allah-taalanın bəyəndiyi tövbə insanın günahdan döğrudan da qəlbən peşman olaraq ondan birəfəlik uzaqlaşması və Allaha tərəf qayıtmasıdır. Allah-taalanın bizə əmr etdiyi tövbə Qurani Kərimin Təhrim surəsinin 8-ci ayəsində buyurulan kimidir ki: «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin! Əsl tövbə belə olmalıdır.

Əgər biz hansısa bir əməli pis sayaraq ondan doğrudan da peşman olmuşuqsa ona bir daha qayıtmamalıyıq. Həqiqi və səmimi qəlbdən olan peşmançılıq bunu tələb edir. Duanın sonunda Allahı pənah və sığınacaq verməsinə and verdiririk. Bu andın duanın əvvəlki hissələri ilə bağılığı söhbətin tövbədən getməsi ilə əlaqədardır. Belə ki insan tövbə edəndə və Allaha tərəf qayıdanda Ona sığınmaq üçün gəlir.Şeytandan və nəfsi istəklərin qorхusundan, həmçinin günahına görə düçar olacağı əzabdan Allaha pənah gətirir. Odur ki Allahı qorхanlara pənah verməsinə and verdirərək bizim də həmin pənah gətirənlərdən biri olduğumuzu iqrar edirik./Ahlibeyt.az/

 

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" 

 

Zəruri qeyd: Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar