SABAH ÖLKƏNİN BƏZİ YERLƏRİNDƏ ŞAXTA 8 DƏRƏCƏ OLACAQ
03.11.2014 1737 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
 

Bakıda və Abşeron yarımadasında
Noyabrın 04-də
 buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir. 
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında
Noyabrın 04-də
 hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar