Müəllimlərin əməkhaqqı yanvarın 1-dən artırılacaq-Diaqnostik qiymətləndirmə başa çatıb
28.12.2015 717 0.0 0

Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirmə başa çatıb.Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı yanvarın 1-dən artırılacaq
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, noyabrın sonundan başlayan imtahanlarda Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin və Xaçmaz, Masallı, Cəlilabad, Hacıqabul, Sabirabad, İmişli, Saatlı, Abşeron, Qubadlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 000-ə qədər müəllim iştirak edib: “İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə keçirilib”.
 
Bildirilib ki, Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunmuş müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.
 
Qeyd olunub ki, diaqnostik qiymətləndirmə Azərbaycan prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına və təhsil nazirinin müvafiq əmrinə əsasən həyata keçirilib: “Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir”.
 
Qeyd edək ki, bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əməkhaqqı 2016-cı il 1 yanvar tarixindən artırılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar